Haqqımda

Haqqımda

Nərminə Rasim qızı Hacıyeva - Tibb üzrə fəlsəfə doktoru, cərrah-oftalmoloq, Amerika Oftalmoloqlar Akademiyasının üzvü, Hatmedicine klinikasının baş həkimi.


Nərminə Rasim qızı Hacıyeva - Tibb üzrə fəlsəfə doktoru, cərrah-oftalmoloq, Amerika Oftalmoloqlar Akademiyasının üzvü, Hatmedicine klinikasının baş həkimi.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində katarakta, qlaukoma, çəpgözlük, keratokonus, eksimer lazer ilə eynəkdən azad olma əməliyyatlarını və göz dibinin xəstəliklərinin müalicəsini icra edir. 2004-cü ildən etibarən Amerika, Hindistan, Rusiya, Türkiyə də daxil olmaqla dünyanın müxtəlif ölkələrində oftalmologiya ixtisası üzrə təlimlər keçib.

O, Azərbaycanda ilk oftalmoloqdur ki, Beynəlxalq müstəvidə 2012-ci ildə İtaliyanın Milan şəhərində keçirilən Pediatrik Oftalmologiya və Çəpgözlük üzrə II-ci Dünya Oftalmologiya konqresində məruzə ilə çıxış etmişdir. Bundan əlavə, İspaniya, Hindistan və digər ölkələrdə keçirilən Beynəlxalq konfranslarda çəpgözlük mövzusunda öz araşdırmalarını təqdim etmişdir.

Yerli və xarici mətbuatda 16 elmi işi dərc olunub.
Nərminə Hacıyeva uzun illərdir ki, Sizin gözlərinizin sağlamlığının qayğısını çəkir.

Təhsil və iş təcrübəsi


  • 1997-2004 – Azərbaycan Tibb Universiteti, Bakı, Azərbaycan
  • 2004-2005 – Respublika Klinik Xəstəxanası, İnternatura
  • 2006-2010 – Fiziologiya İnstitutu, baş laborant vəzifəsi
  • 2010-cu ildən indiyədək - Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Eksimer lazer şöbəsi, elmi işçi vəzifəsi
  • 2011-ci ildən indiyədək - Hatmedicine Klinikası, Baş Həkim oftalmoloq-cərrah vəzifəsi
  • 2013 - “МНТК” akad. S.N.Fyodorov adına Gözün Mikrocərrahiyəsi İnstitutu, Buynuz gişasının femtosecond lazer istifadə etməklə Eksimer lazer cərrahiyəsi, Moskva, Rusiya
  • 2014 - Liv Hospital Göz Hastanesi, Eksimer lazer şöbəsi, İstanbul, Türkiyə
  • 2015 – PRK, Lasek, Epi-Lasik, Ferrara Rings training, Istanbul, Türkiyə.
  • 2017 – Kataraktanın cərrahiyyəsi təkmilləşmə kursu, Arasan Eye Hospital, Hindistan
  • 2018 – Çəpgözlüyün cərrahiyyəsi təkmilləşmə kursu, Kalifornia, ABŞ
  • 2019 – Göz qapağların cərrahiyəsi kursu, American Academy of Ophthalmology, San Francisco, Kalifornia, ABŞ
  • 2019 - Trabekulektomiya texnikaları kursu, American Academy of Ophthalmology, San Francisco, Kalifornia, ABŞ
  • 2019 – Minimum invaziv çəpgözlük cərrahiyyəsi daxil olmaqla Wright innovasiyaları, American Academy of Ophthalmology, San Francisco, Kalifornia, ABŞ
  • 2020 - Kataraktanın cərrahiyyəsinin ağırlaşmaları təkmilləşmə kursu, MN Eye Hospital, Hindistan
  • 2021 - Evo Visian İCL training course, İstanbul, Türkiyə


Professional üzvlüklər


  • Amerika Oftalmoloqlar Akademiyası (AAO)
  • Beynəlxalq Çəpgözlük Assosiyasiyası (İSA)
  • Türk Oftalmologiya Dernegi (TOD)


Daha ətraflı


Nərminə Rasim qızı Hacıyeva 1981-ci ildə Baki şəhərində ziyalı ailəsində anadan olub. 1997-ci ildə Dövlət Tələbə Qəbul Komissiyası tərəfindən test üsulu ilə keçirilən qəbul imtahanda 601 bal toplayaraq, Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub. 2004-cü ildə bu təhsil ocağını fərqlənmə ilə bitirib.

2004-2005-ci illərdə Respublika Klinik Xəstəxanasının göz xəstəlikləri şöbəsində həkim-intern kimi oftalmoloq ixtisası üzrə təcrübəli həkimlərin rəhbərliyi altında internaturanı başa vurub. 2006 – 2010-cu illərdə AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun “Görmə analizatorunun neyrofiziologiyası” laboratoriyasında böyuk laborant vəzifəsində çalışıb.

Nərminə Hacıyeva 2010-ci ildən indiyədək akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində eksimer lazer şöbəsində elmi işçi vəzifəsində çalışır. Oftalmologiya Mərkəzinin rəhbərliyi N.R.Hacıyevaya çəpgözlüyün bərpası sahədə elmi-tədqiqat işlərinin aparılmasını məsləhət görüb və 2013-cü ildə onun dissertasiya mövzusu təsdiq olunub. Mövzuya dair N.R.Hacıyevanın 8 elmi məqaləsi və 8 tezisi dərc olunub. Bu dissertasiya üzrə 2018-ci ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə laiq görülüb. O, Azərbaycan oftalmoloqları arasında ilk dəfə Pediatrik Oftalmologiya və Çəpgözlük üzrə 2012-ci ildə İtaliyanın Milan şəhərində keçirilən II-ci Dünya Oftalmologiya konqresində məruzə ilə çıxış edib.
Bundan başqa 2014-2015-ci illərdə Tokioda və İstanbulda keçirilən konqreslərdə N.Hacıyeva hazırladığı posterlər ilə iştirak edib.
2015-ci ildə İspaniyanın Barselona şəhərində Dünya Oftalmoloqların kongresində uğurla məruzə ilə çıxış etmişdir.

Milli Oftalmologiya Mərkəzinin direktoru, prof. E.M.Qasımovun mərkəzdə keçirilən cərrahi əməliyyatları müasir dünya standartlarına uyğunlaşdırılması təşəbbüsünü rəhbər tutaraq N.R.Hacıyeva 2013-cü ildə Moskva şəhərində “МНТК” akad. S.N.Fyodorov adına Gözün Mikrocərrahiyəsi İnstitutunda “Buynuz gişasının femtosecond lazer istifadə etməklə Eksimer lazer cərrahiyəsi» şöbəsində çalışıb. Bundan əlavə 2014-cü ildə iş təcrübəsini Türkiyənin İstanbul şəhərində yerləşən Liv Hospital Göz Hastanesi Eksimer lazer şöbəsində davam etdirib.

Bundan əlavə, İspaniya, Hindistan, ABŞ və digər ölkələrdə keçirilən Beynəlxalq konfranslarda çəpgözlük mövzusunda öz araşdırmalarını təqdim etmişdir və dəfələrlə təkmilləşmə kursları keçmişdir.

O, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində katarakta (mirvari su),qlaukoma (qara su), çəpgözlük, eksimer lazer ilə eynəklərdən azad olma əməliyyatları, keratokonus xəstəliyi üzrə əməliyyatlarını uğurla həyata keçirir.

Nərminə Haciyeva Amerika Oftalmoloqlar Akademiyasının (AAO), Beynəlxalq Çəpgözlük Assosiyasiyasının (İSA) və Türk Oftalmologiya Derneginin (TOD) üzvüdür.



ÇAP OLUNMUŞ ELMİ İŞLƏRİN SİYAHISI

ELMİ İŞİN ADIREFERANS
Hacıyeva N.R. Hacıyev R.V. Anisometropiya, iki yaşınadək uşaqlarda dostluq konvergent şaşılığın inkişafında əsas amil kimi ..
Oftalmologiya. – Bakı, 2011 - No 2 (6) - C.64-68
Kasimov E.M. Hacıeva N.R. Üç yaşınadək uşaqlarda esotropiyanın erkən düzəldilməsi.
Oftalmologiya. – Bakı, 2012 - №1(8) - С. 81-87
Kasimov E.M. Hacıyeva N.R. 3 aydan 3 yaşa qədər olan uşaqlarda şaşılığın erkən düzəldilməsi
Tezis. IIWCPOS, Milan, 2012
Hacıyeva N.R. Körpə və erkən əldə edilmiş ezotropiyanın miyopik refraksiya ilə birlikdə onun tam düzəldilməsi üsulu ilə müalicəsinin nəticələri
Oftalmologiya. – Bakı, 2013 - №2(12) - С.29-33
Hacıyeva N.R. Miyopiya ilə birləşən konvergent şaşılıq olan uşaqların modifikasiya edilmiş düzəldilməsi.
Akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransın aktual problemlərinə dair materiallar toplusu. Bakı, 2013,s.69-70
Hacıyeva N.R. Serebral iflici olan uşaqlarda müşayiət olunan konvergent strabismusun konservativ müalicəsinin nəticələri
Oftalmologiya. - Bakı, 2014 - №1(14) - С.138-141
Hacıyeva N.R. Kasimov E.M. 3 yaşa qədər uşaqlarda miyopiya ilə əlaqəli ezotropiyanın müalicəsi
Afişa. WOC2014, Tokyo
Hacıeva N.R. Eşlik edən konvergent şaşılığın etiologiyası (ədəbiyyat icmalı)
Oftalmologiya - Bakı, 2014 - №3 (16) – С. 108-114
Kasımov E.M., Hacıyeva N.R. 3 yaşınadək uşaqlarda qırılma səhvlərinin tam düzəldilməsinin ezotropiya müalicəsinin nəticələrinə təsiri.

Rusiya Pediatrik Oftalmologiyası - Moskva, 2015 - No 4 - S.

Hacıyeva N.R. Kasimov E.M. Erkən uşaqlıqda şaşılıq olan uşaqları müayinə etmək üçün optimal metod
Tezis. 3WCPOS, Barselona, 2015
Hacıyeva N.R. Kasimov E.M. Serebral iflic olan uşaqlarda esotropiya (klinik hallar)
Afişa. 3WCPOS, Barselona, 2015
Nuri N. Hacıyeva N. Körpəlik ezotropiyası olan uşaqlarda aşağı oblik əzələ aşırılığının inkişafının qarşısının alınması
Afişa. 3WCPOS, Barselona, 2015
Hacıeva N.R. Ekzotropiyanın müalicəsində müasir anlayışlar
Azərbaycan Tibb Jurnalı – Bakı, 2016 - №1 – С. 122-127
Hacıyeva N.R., Kasimov E.M. Kiçik və erkən qazanılmış strabismus olan kiçik uşaqların müayinəsi üçün alqoritm
Oftalmologiya Şərqi Avropa № 3 (30) 2016 s.  371-377
Hacıeva N.R., Hacıyev R.V., Şükürova Ş. Plusoptix A09 pediatrik refraktometri ilə müayinədən bir ay sonra strabismus olan 5 yaşınadək uşaqların eynək korreksiyasında qalan ametropiyanın dərəcəsinə nəzarət.
Əziz Məmmədkərim oğlu Əliyevin 120 İlliyinə həsr olunmuş elmi-praktiki konfransin məcmuəsi 2017. с.33-38
Hacıyeva N.R. Çəpgözlü xəstələrlə müayinə və müalicə təcrübəmiz.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunmuş konfrans. 2018


Sertifikatlar