Görmə sinirinin atrofiyası

Görmə sinirinin atrofiyası

Nərminə Rasim qızı Hacıyeva - Tibb üzrə fəlsəfə doktoru, cərrah-oftalmoloq, Amerika Oftalmoloqlar Akademiyasının üzvü, Hatmedicine klinikasının baş həkimi.



Görmə sinirin atrofiyası barədə məlumat

Görmə siniri gözümüzə işıq və görmə verən bir sinirdir. Əgər o hansısa səbəblərə görə çalışmasa, göz görməyəcək. Görmə siniri qanqlioz sinir hüceyrələrindən və sinir liflərindən ibarətdir.

Görmə sinirin atrofiyası – göz dibindən baş beyinə məlumat ötürən görmə siniri liflərinin tam və ya qismən məhv olmasıdır. Məhv olan liflərin miqdarından asılı olaraq hissəvi və tam atrofiya ayırd edilir. Təəssüf ki, xəstəlik adətən tədricən irəlilədiyindən görmə sinirinin lifləri tamamilə məhv olur və görmə qabiliyyəti də yox dərəcəsinə çataraq geri dönməz korluğa səbəb olur.

Görmə sinirin atrofiyası insanlarda görmə qabiliyyətinin itirilməsinin ən çox yayılmış səbəblərindən biridir.

Növləri

Görmə sinirin birincili atrofiyası irsən ötürülən bir patologiyadır, müstəqil bir xəstəlik kimi inkişaf edir. Uşaq artıq görmə sinirin atrofiyası ilə doğulur və görmür. Qohum nikahlarda tez-tez rast gəlinir. Əgər uşaq anadangəlmə görmə sinirin atrofiyasına görə görmürsə, təəssüf ki, heç bir müalicə üsulları ilə görməni bərpa etmək mümkün deyil.

Görmə sinirin ikincili atrofiyası orqanizmdə baş verən və görmə sinirinin atrofiyasına səbəb olan bir xəstəliyin nəticəsində inkişaf edir. Daha çox rast gəlinən məhz görmə sinirinin ikincili atrofiyasıdır. Müxtəlif xəstəliklər tərəfindən törədilir: oftalmoloji xəstəliklərdən - qlaukoma (qara su), görmə sinirinin nevriti (iltihabı), kəllə-beyin və göz travmaları, yoluxucu və virus xəstəlikləri, zəhərli maddələrin toksiki təsiri, baş beynin, damar və sinir sistemlərinin zədələnməsi.

Simptomlar

Simptomlar - görmə itiliyinin azalması, görmə sahəsinin daralması, gözün hərəkəti zamanı narahatlıq, təsvirlərdə tünd ləkələrin əmələ gəlməsi, rəng duyğusunda dəyişiklik.

Müalicə

Dünyada görmə sinirinin atrofiyasının müalicəsi yoxdur. Təsəvvür edin, görmə sinirinin atrofiyası ilə olan bir xəstə həkimə müraciət etdikdə ondan bu xəstəliyin müalicəsi olmadığı haqqında üzücü sözlər eşidir və pasiyent çıxılmaz vəziyyətdə qalır. Bütün dünyada bu xəstəliyin müalicəsində köməkçi vasitələr kimi qan dövranını gücləndirən damargenişləndiricilər, angioprotektorlar, osmoterapiya, vitaminlər, elektrik və maqnit stimullaşdırıcı fizioterapiyalar, vitaminlərlə kateterlər istifadə olunur. Lakin, bunlar praktiki olaraq heç bir effekt vermir.

HAT Medicine klinikasında mən və mənim atam - professor Rasim Hacıyev tərəfindən hazırlanmış üsula uyğun olaraq bu cür xəstələr uğurla müalicə olunur. Müalicənin əsas məqsədi – sinir liflərinin getdikcə məhv olunmasının qarşısını almaq və görməni artırmaq. Ümumi müalicə kursu əzələdaxili xüsusi iynələr vurulmaqla bir həftə ərzində həyata keçirilir.

Məlumdur ki, məhv olan sinir lifləri bərpa olunmur və ona görə hesab olunur ki, bu xəstəlikdə itirilən görmə geri qayıtmır. Biz görmənin artmasına necə nail ola bilərik?

Biz hesab edirik ki, görmə sinirin atrofiyası iltihab mənşəlidir. Artıq bir çox fərqli mənbələr də bu barədə yazıb.

Hətta, məhs ona görə, müxtəlif etiologiyalı görmə sinirinin atrofiyasının müalicəsində kortikosteroidləri istifadə edirlər, həm damar daxili, həm də daxilə istifadəsi.

İltihab prosesi necə baş verir? Selikli qişamızda məskən salmış mikroblar tərəfindən törədilir. Gözdə xarici mühitlə təmasda olan selikli qişa, gözün və göz qapaqlarının konyuktivasıdır. Və biz müalicəmizdə konyunktivanın mikroflorasının həssaslığını nəzərə alaraq kortikosteroidləri deyil, antibakterial dərmanları istifadə edirik. Bunlar adi antibakterial dərmanlardır, lakin əzələdaxili olaraq çox aşağı konsentrasiyalarda istifadə edirilir. Müalicənin məqsədi gözün konyunktivasının mikroflorasını tamamilə öldürmək deyil, yalnız onu zəiflətməkdən ibarətdir. Mikroblar və antitellər arasında tarazlıq yarandıqca, iltihab aradan qalxır, liflərin məhv olma prosesi dayanır və tam məhv olunmamış, quruma mərhələdə olan liflər bərpa olunur və görmə artır. Müalicədən sonra görmə sahəsinin genişlənməsi artıq müalicənin 5-ci günündə baş verir və daha sonra bir il ərzində yaxşılaşmağa davam edir. Müxtəlif dərəcəli müsbət effekt hər pasiyentdə baş verir.

Bu, həqiqətən, unikal bir müalicədir, sinir liflərinin məhv olması prosesini dayandıran yeganə müalicədir ki, görmə qabiliyyətini yaxşılaşdırır (həm itiliyini, həm də periferik görməni). Görmə qabiliyyətinin nə dərəcədə yaxşılaşması, hər bir pasiyentdə fərdi olaraq görmə siniri atrofiyasının hansı mərhələdə olmasından asılıdır.