Məqalələr

Görmə sinirin atrofiyasının müalicəsi. Ukrainadan həyat yoldaşları.

Nərminə Rasim qızı Hacıyeva - Tibb üzrə fəlsəfə doktoru, cərrah-oftalmoloq, Amerika Oftalmoloqlar Akademiyasının üzvü, Hatmedicine klinikasının baş həkimi.






Bizim klinikaya Ukrayınadan göz oxşayan evli cütlük gəlmişdi. Qadının yoldaşının görmə qabiliyyəti görmə siniri atrofiyası fonunda getdikcə pisləşir. Görmə sinirinin atrofiyası çox ciddi xəstəlikdir, demək olar ki, müalicə olunmur.

Yaşayış yerində tətbiq olunan müalicə təsir etmir. Beləliklə, onlar internet səhifələrindən Azərbaycanda yerləşən HAT Medicine klinikası barədə məlumatlanırlar. Məhz bu klinikada biz görmə sinirinin atrofiyasını tamamilə yeni üsulla müalicə edirik və bu üsulu da HAT Medicine deyə adlandırmışıq.

Daxil olarkən görmə itiliyi: sağ göz - yüzdə bir, sol göz - yüzdə beş; sağ gözün görmə sahəsi müəyyən etmək tamamilə mümkünsüz, sol gözün görmə sahəsi mərkəzi fiksasiyasız kəskin daralma ilə müşahidə edilirdi. 

Dərhal gözdən floraya və antibiotik həssaslığına görə yaxma götürüldü.

İlk gündən nəticələr bilindi və o andan müalicə başlanıldı.

Artıq müalicənin 4- cü günü bizi sevindirəcək nəticələr əldə etdik. Belə ki, sağ gözdə yüzdə bir, sol gözdə yüzdə iki görmə itiliyi artımı oldu. Eləcə də, görmə sahəsində kəskin yaxşılaşma baş verdi. Bu qısa bir müddət ərzində əldə oluna biləcək qeyri- adi uğurdur. Adətən müalicələrdən 3-6 ay sonra yaxşılaşma davam edir.

Hər dəfə belə hadisələr olduqda, klinikanın əməkdaşları sevincdən eyforiya olur. Belə ki, hər bir hadisə xəstənin taleyi və gələcək həyatıdır.