Məqalələr

Yenə də biz və Mürsəli Əlinin sağalması (VIDEO)

Nərminə Rasim qızı Hacıyeva - Tibb üzrə fəlsəfə doktoru, cərrah-oftalmoloq, Amerika Oftalmoloqlar Akademiyasının üzvü, Hatmedicine klinikasının baş həkimi.




28.04.2014-cü ildə 1998-ci il təvəllüdlü Mürsəli Əinin atası oğlunun hər iki gözündə görmənin zəifləməsi ilə əlaqədar bizə müraciət etmişdi.

Bir il əvvəl oğlan iki gözünün zəifləməsini hiss etməyə başlayıb və həkimlərə müraciət ediblər.

Hər iki gözdə görmə sinirinin atrofiyasi diaqnozu qoyulmuşdur. Atrofiya üzrə müalicə olunsa da, nəticəsi olmayıb, əksinə, görmə daha da pisləşirdi. Bizə müraciət olunarkən, görmə itiliyi sağ gözdə korreksiya ilə 10%, sol gözdə 5% bərabər idi.

Göz dibində görmə siniri diskinin kəskin avazması qeyd olunurdu (şəkil 1) Refraksiya:1,0 dptr miopiya. Görmə sahəsi hər iki gözdə kəskin daralmısdı (şəkil 2. Sağ gözün görmə sahəsi). Xəstənin hər iki gözünün konyuktivasından mikroflora və antibiotik həssasliğa görə analiz götürüldü.

Alınan nəticələrə əsasən 6 gün müddətinə az dozada antibakterial müalicə aparıldı. Müalicənin 5-ci günündə oğlan görmə itiliyində yaxşılaşma hiss etdi.

Iki həftə sonra təkrar perimetriya olunarkən, skatomaların əsaslı formada azalması aşkarlandı (şəkil 3. Müalicədən 2 həftə sonra sağ gözün görmə sahəsi). Sağ gözün görmə itiliyi 16%, sol gözün isə 10% oldu. Daha bir həftə sonra sağ gözün görmə itiliyi 30%, sol göz 20%-ə bərabər idi.