Məqalələr

Balaca Vurgun başlayıb görməyə (VIDEO)

Nərminə Rasim qızı Hacıyeva - Tibb üzrə fəlsəfə doktoru, cərrah-oftalmoloq, Amerika Oftalmoloqlar Akademiyasının üzvü, Hatmedicine klinikasının baş həkimi.


Hacızadə Vurqun normal inkişaf edən uşaq idi. Lakin valideynləri iki aylıq körpənin oyuncaqlara boylanmadiqini gördülər.

O, yalnız səs eşitdikdə başını həmin tərəfə çevirirdi.

Valideynlər nevropatoloq və oftalmoloqa müraciət etdilər. Hər iki gözdə görmə sinirinin atrofiyasi diaqnozu qoyuldu. Bu xəstəliyin müalicəsi yoxdur və uşağın ömürlük kor olma təhlükəsi var idi. Valideynlər tanışları vasitəsilə HAT Medicine klinikası haqqında eşidirlər.

6 ayı tamam olmuş uşaq klinikaya gətiriləndə, ona göstərilməyə çalışan əşyalara boylanmırdı. Bəbəyin işiğa reaksiyası tamamilə yox idi, görmə sinirində patoloqiya var idi.

Uşağın göz almasının konyuktivasından bakterioloji analiz götürüldü, mikrob florası və bu floranın antibiotiklərə həssasliği araşdırıldı. Buna əsasən antibakterial damcı hazırlandı. Müalicənin 4-cü günündən bəbəkdə isiğa reaksiya yarandı, 6-ci gün isə valideynlərin sevincinin həddi-hüdudu yox idi. Uşaq nəinki ona göstərilən əşyaları görürdü, hətta anasını tanımağa başladı.

Praktikamiza görə, belə vaxtlarda uşaq qorxmağa başlayır və biz bu barədə valideynləri xəbərdar etdik. Bu onunla əlaqədardır ki, uşaq özünə tamamilə yeni bir aləm aşkarlayır və ilk əvvəl o, gördüklərindən qorxa bilər. Sadaladıqlarımız bu uşaq ilə də baş verdi.

3 ay sonra onlar təkrar gələndə uşaqda çəplik yaranmışdı, astiqmatizm aşkarlandı. Çəpliyin yaranmasına səbəb, uşağın görməyə başlaması idi. Uşağa eynək yazıldı və bir neçə gün sonra, çəplik təmamilə keçdi.