Görmənin kəskin azalmasının qarşısı alındı (VIDEO)
Nərminə Rasim qızı Hacıyeva - Tibb üzrə fəlsəfə doktoru, cərrah-oftalmoloq, Amerika
Oftalmoloqlar Akademiyasının üzvü, Hatmedicine klinikasının baş həkimi.
Xəstə Aqayev Adəm Bəhlul oqlu 14 fevral 2014-cü ildə HAT Medicine klinikasına müraciət etmişdi.
Xəstədə əvvəlcə sağ gözün görmə qabiliyyəti zəifləyib və 4 ay ərzində görmə sıfıra (0) enib, sonra sağ gözün görməsi zəifləyib.
Bizə müraciət edərkən sağ gözün görmə qabiliyyəti 30% idi. O, görməsinin hər gün necə azaldığını hiss edirdi və başa düşürdü ki, bir neçə vaxtdan sonra sağ gözü də görməyəcək.
Xəstədən gözün bakterioloji analizi götürüldü və alınan nəticələrə görə kiçik dozada antibakterial müalicə aparıldı. Müalicə 6 gün davam etdi. Müalicədən sonra sağ gözün zəifləməsi dayandı, hətta 6 gün ərzində görmə itiliyi 60%-dək artdı.
Xəstə heç vaxt kor olmayacağını anladı və daha yaxşı görməyə başladı.