
Eksimer lazer eynəklərdən azad olmaq üçün təhlükəsiz və rahat bir əməliyyat növüdür. Miopiya, hipermetropiya və astiqmatizm kimi refraksiya qüsurları tam aradan götürür.
Tez tez verilən suallar:
Sual: Həkim, lazerdən sonra nə gədər görəcəm?
Cavab: Eynəkdə maximal nə gədər görürsüz, o gədər görəcəksiz lazerdən sonra. Amma tez-tez elə hallar ilə rastlaşırıq ki, məsələn, 50% görür eynək ilə pasiyent, lakin lazerdən sonra görmə 60-80% galxır.
Sual: Nə etmək lazımdır ki, lazerdən sonra görmə 100% olsun?
Cavab: Əgər görmə eynəkdə 100% deyilsə, deməli gözdə refraksion və ya anizometropik ambliopiya var, sadə dildə bu hala tənbəllik deyilir. Tənbəllik yaranmamaq üçün, uşaq vaxtından daim eynək taxıb, gözü müalicə etmək lazımdır ki, görmə eynək ilə 100% çatsın və lazerdən sonra da 100% olsun.
Sual: Həkim, eşitmişəm ki, lazerin effekti ömürlük deyil, sonra görmə qabilliyəti yenə də zəifləyir.
Cavab: Bu yalnış fikirdir. Ola bilər, 15 il bundan əvvəl belə hallar baş verib. Lakin indi eksimer lazerin üsulları çox müasirləşib və onlardan sonra görmə ömürlük bərpa olunur. Lazer aparatların axırıncı modelləri daha yaxşı və stabil nəticələr verir. Və hal-hazırda biz ən müasir üsullardan biri olan femto-lasik üsulunu istifadə edirik ən son model Alegretto 500 aparatın vasitəsi ilə.
Sual: Həkim, gözə linza qoyulur?
Cavab: Linza qoyulmur. Lazer buynuz qişanın üst laylarının fokusunu düzəldir və görmə bərpa olunur. Linza o zaman qoyulur, əgər pasiyentdə lazer etmək mümkün deyil hər hansı səbəblərə görə (buynuz qışa nazikdir, dərəcə çoxdur).
Lazer özü bir neçə saniyə işləyir, pasiyent uzanıb durmaq ilə bir neçə dəqiqə çəkir. Prosedur ağrısız və narkozsuz həyata keçir. Əməliyyatdan sonra göz bağlı olmur, qızartı olmur və Siz işinizə 3 gündən sonra qayıda bilərsiniz.
Lazer 18-19 yaşdan sonra oluna bilər. Çünki, 18-19 yaşa gədər göz inkişaf edir və refraktif qüsurların dərəcələri il bə il dəyişir. 18-19 yaşdan sonra dərəcələr stabilləşir və biz onu artıq lazerin vasitəsi ilə ləğv edə bilərik. Eksimer-lazerdən qabağ hər pasiyent xüsusi müayinələrdən keçməlidir. Ən əsas buynuz qişanın qalınlığı və başqa xüsusiyyətləri dəyərləndirilməlidir. Bundan əlavə, bütün miopiya olan pasiyentlərdə göz dibinin ekvatoriyal hissələr yoxlanılmalıdır, çünki onlarda göz həcmli olduğuna görə, qışalar dartılır və nazikləşir, və buna görə zəif yerlər (deşik, çatlar, ibliz izləri şəklində) əmələ gəlir. Belə hallarda, birinci növbədə zəif yerlər Argon-lazer vasitəsi ilə bərkidilməlidir və ancaq ondan sonra, ən azı, 2 həftə keçəndən sonra eksimer-lazer oluna bilər.