Nərminə Rasim qızı Hacıyeva - Tibb üzrə fəlsəfə doktoru, cərrah-oftalmoloq, Amerika
Oftalmoloqlar Akademiyasının üzvü, Hatmedicine klinikasının baş həkimi.
Çəplik kosmetik defekt olmaqla yanaşı həm də daha qəliz, beynimizlə əlaqəli olan bir prosesdir. Normal çəpliyi olmayan insanlar 2 göz ilə baxır, obyeykti bir görür, çünki gözlərimizdə yaranan iki şəkil birləşir və bir xəyal (obraz) yaranır.
Katarakta tez-tez rast gəlinən xəstəlik olub gözdə büllürun yaşla əlaqədar bulanması deməkdir. Gözümüzün bülluru bəbəyin arxasında yerləşir və çox bulananda rəngi dəyişir, bunu mikroskop müayinəsi olmadan da adi kanar baxışdan müşahidə etmək olur.
Qlaukoma – gözdaxili təzyiqin yüksəlməsi, optik neyropatiyanın inkişafı və görmə funksiyasının pozulması ilə xarakterizə olunan xroniki oftalmopatologiyadır. Xəstəlik görmə sahəsinin daralması, gözlərdə ağırlıq və ağrı hissi, dumanlı görmə, ağır hallarda hətta korluqla təzahür edir.
Astiqmatizm – buynuz qişa və ya büllurun qeyri-sferik formaya malik olması ilə səciyyələnən refraksiya pozğunluğudur. Bu zaman işıq şüalarının səpələnməsi və torlu qişada təsvirin təhrif olunması baş verir.